"Benfika"nın mərkəzi hücumçusu Vangelis Pavlidis yay transfer pəncərəsində klubunu dəyişə bilər. NOW saytının məlumatına görə, 26 yaşlı yunanıstanlı “Barselona”, “Atletiko”, “Çelsi” və “Nyukasl” klublarının diqqətini çəkib.
Qeyd edək ki, Pavlidis bu mövsüm bütün turnirlərdə 46 matçda meydana çıxıb, 24 qol vurub və on məhsuldar ötürmə müəllifi olub. Hücumçunun Portuqaliya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 28 milyon avro qiymətləndirir.