"Mançester Yunayted"in ən sadiq azarkeşi bir daha stadiona gəlməyəcək  

"Mançester Yunayted"in ən sadiq azarkeşi bir daha stadiona gəlməyəcək  

"Mançester Yunayted"in ən sadiq azarkeşi Maykl Kirni bir daha doğma klubunun oyunlarını izləmək üçün stadiona gəlməyəcək.  «1980-ci ildən - 45 ildir ki, doğma klubumun oyunlarının stadionda izləyirəm.

İndi 81 yaşım var. Yaşıma görə deyil, biletlərin baha olduğu üçün stadiona gəlməkdən imtina edirəm. Bu qədər pul xərcləyib, bərbad oyuna baxmaqdansa, evdə oturmaq yaxşıdır», - deyə Kirni bildirib.  

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 38 xalla 13-cü pillədə yer alıb.