Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Polşanın Poznan şəhərində təşkil olunan beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, hazırlıq prosesi bu gün başa çatır. Toplanışa yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər. Təlimlər gənclər arasında mayın 3-4-də İstanbulda keçiriləcək Avropa Kubokuna hazırlıq xarakteri daşıyır.
Gənc cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər
