Bakı I Avropa Oyunlarına qalan 500 günü qeyd edir

Bakı I Avropa Oyunlarına qalan 500 günü qeyd edir



Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Avropa Oyunlarının açılışı mərasiminə artıq 500 gün qalıb.
Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən keçirilən, Avropanın milli Olimpiya komitələrini və idmançılarını bir yerə toplayan böyük idman tədbiridir. Bakı-2015-in Təşkilat Komitəsi bu həftədən etibarən, I Avropa Oyunlarında iştirak edəcək 49 Avropa Milli Olimpiya Komitələrinə idman növlərinin kvalifikasiyası haqqında məlumatı göndərməyə başlayacaq.
Təşkilat Komitəsinin bildirdiyinə görə, Bakı-2015 Oyunlarının yarış proqramında nümayiş etdirilən 7 idman növündən az olmamaq şərtilə yarışlar Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunları üçün kvalifikasiya xarakteri daşıyacaq. Bura velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və voleybol (çimərlik) daxildir. Habelə, Bakı-2015-in digər idman növləri də Olimpiya kvalifikasiya siyahısına daxil edilə bilər.
Qeyd edək ki, hazırda İlk Avropa Oyunlarının proqramına 18 idman növü daxil edilib və yarışlarda 5 400-dən artıq idmançının iştirakı gözlənilir.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü və AOK-un prezidenti Patrik Hikkey Bakı şəhərinin gələn il keçiriləcək Avropa Oyunları çərçivəsində yüksək səviyyəli idman yarışının təşkili üçün çox əlverişli vəziyyətə malik olduğunu diqqətə çatdırıb. O deyib: "Avropa Oyunlarına hazırlıq mərhələsinin yekun 500 gününü qeyd edən Bakı şəhərinə uğurlar arzulayıram və əminəm ki, Bakı bütün Avropanın qürur duyacağı yüksək səviyyəli idman tədbirinə uğurla ev sahibliyi edəcək. Biz bu mühüm hədəfə nail olmaq və əzəmətli idman tədbirinin hazırlıq işlərində və Avropa idmançıları və dövlətləri üçün təcrübədə davamlı irəliləyişi əldə etmək məqsədilə Bakı-2015 Avropa Oyunlarına cəlb edilən hər kəsi təbrik edirik”.
Azərbaycanın gənclər və idman naziri, eyni zamanda Bakı-2015 Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov bildirdi ki, hər ötən gün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təşkilinə diqqəti və məsuliyyəti artırır. Nazir vurğuladı ki, Oyunlar üçün yeni infrastruktur və yolların yaradılması ev sahibliyi edəcək şəhərin və ölkənin görünüşünü tamamilə dəyişəcək.
"Oyunlar üçün böyük həcmli tikinti layihələri bizim şəhərlərimiz, cəmiyyətimiz və gənclərimiz üçün onlardan onilliklər boyu faydalanmağa imkan verəcək - yeni hava limanı və nəqliyyat sektorunda metropoliten və avtobus sahəsində 13 mühüm təkmilləşdirmə layihəsi, habelə yeni beynəlxalq standartlarına uyğun idman arenaların açılması daha çox gənci idmanla məşqul olmağa həvəsləndirəcək və Avropada yeni idman məkanının meydana çıxmasını təmin edəcək,” deyə A.Rəhimov vurguladı.
Cənab Rəhimov onu da qeyd etdi ki, müxtəlif sahələrdən olan yerli layihəçilərin, xidmət təchizatçıların və şirkətlərin Oyunlara hazırlıq işlərinə cəlb edilməsi biznez və texnologiya daxil olmaqla, mədəniyyət və kreativ sənayelərədək çoxlu sektorlarda yerli bilik və təcrübə inkşafı üçün dəyərli irs qoyacaq: "Bu, gələcəkdə Bakını və Azərbaycanı Avropada idman, biznes, turizm və mədəniyyət istiqamətlərində yeni və dinamik məkana çevrilməsinə yardımçı olacaq”.
Bakı-2015-in təşkilatçıları Oyunlar üçün idman obyektlərinin inşasının əsas hədəf olduğunu bildirərək Olimpiya kəndinin artıq elit idmançılar üçün ən yaxşı yerləşmə və hazırlıq yerlərindən biri kimi nəzərdən keçirildiyini və bəzi sahələrin artıq bu il sınaq tədbirləri üçün hazır olacağını qeyd etdilər.

Bakı-2015 Əməliyyat Komitəsinin Baş Əməliyyat rəhbəri Cim Şer dedi: "Müsbət irəliləyiş əldə edilmişdir və inkişaf davam etməkdədir, bizim heyətlər arasında əsassız özünə güvənmə hallarına yol verilməyəcək. Növbəti 500 gün ərzində Avropa Olimpiya Komitəsi, Azərbaycan xalqı və Avropa idmançıları qarşısında öhdəliklərimizin yerinə yetirilməsi üçün hələ ediləcək çox iş var, lakin biz bugünədək əldə etdiyimiz irəliləyişdən məmnunuq.”

Bakı-2015 Təşkilat Komitəsinin mətbuat xidməti

Daha ətraflı məlumat üçün bax www.baku2015.com
Facebook www.facebook.com/baku2015 YouTubewww.youtube.com/baku2015 Twitter www.twitter.com/BakuGames2015 Google+ https://www.google.com/+Baku2015