Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunları davam edir. İspaniyanın "Barselona" klubu mərhələnin ilk qarşılaşmasında doğma meydanda Almaniyanın "Borussiya Dortmund" komandasını qəbul edib. Kataloniya klubu oyunda 4:0 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə yolunda böyük üstünlük əldə edib.
Oyunda hesabı 25-ci dəqiqədə Rafinya açıb. İkinci hissəyə də sürətli başlayan "Barselona" 48-ci dəqiqədə Robert Levandovski ilə hesabdakı üstünlüyünü iki topa çatdırıb. Polşalı hücumçu matçın 66-cı dəqiqəsində özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Oyunda son qolu isə 77-ci dəqiqədə fərqlənən gənc istedad Lamin Yamal vurub -4:0.
Beləliklə, "Barselona" cavab oyunu ərəfəsində böyük üstünlük qazanıb.