Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Fransanın PSJ komandası 1/4 final mərhələsinin ilk oyununda Parisdə İngiltərənin "Aston Villa" klubunu qəbul edim. Oyun PSJ klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada hesabı 35-ci dəqiqədə Aston Villanın futbolçusu Morgan Rocers açsa da, fransızların cavabı gecikməyib. Dezir Doue 39-cu dəqiqədə hesabı bərabərləşdirib. İkinci hissənin 49-cu dəqiqəsində gürcü futbolçu Xviça Kvaratsxeliya parisliləri hesabda önə çıxarıb. Oyunda son nöqtəni isə Nuno Mendəs (90+2) qoyub. Beləliklə, PSJ 3:1 hesablı qələbə qazanaraq cavab oyunu öncəsi mühüm üstünlük əldə edib.
PSJ İngiltərəyə üstün yollanır
