Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası Lozannada iclas keçirib.
İclasda 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları, 2030-cu ildə Fransız Alplarında Qış Oyunları və oyunların yarış proqramı, eləcədə idmançıların kvotaları ilə bağlı bir sıra mühüm yeniliklər təqdim edilib. “İdmançıların ümumi kvotası Paris-2024 Yay Olimpiya Oyunları ilə eyni olacaq. Los-Anceles-2028 tarixdə qadın idmançılarını kişilərə nisbətdə üstünlük təşkil edəcəyi ilk Olimpiya Oyunları olacaq”, - deyə BOK-un idman direktoru Kit Makkonel jurnalistlərə bildirib.
Qeyd edək ki, Los-Anceles Yay Olimpiya Oyunları 2028-ci il iyulun 14-dən 30-dək keçiriləcək.