Avropada futbol həyəcanı davam edir

Avropada futbol həyəcanı davam edir

Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

Aprelin 10-da təşkil olunacaq qarşılaşmalarda Avropanın tanınmış klubları bir-birinə rəqib olacaq.

İngiltərənin “Tottenhem” klubu doğma meydanda Almaniyanın “Ayntraxt” komandasını qəbul edəcək.

“Mançester Yunayted” Fransada “Lion”un qonağı olacaq.

İtaliyanın “Latsio” klubu Norveçdə “Budyo Qlimt”lə üz-üzə gələcək.

Şotlandiyada isə “Reyncers” və İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaq.

Günün oyun cədvəli belədir:

20:45 – “Budyo Qlimt” (Norveç)–“Latsio” (İtaliya)

23:00 – “Tottenhem” (İngiltərə)–“Ayntraxt” (Almaniya)

23:00 – “Lion” (Fransa)–“Mançester Yunayted” (İngiltərə)

23:00 – “Reyncers” (Şotlandiya)–“Atletik” (İspaniya)

Qeyd edək ki, UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 17-də keçiriləcək.