«Real» Ancelottinin əvəzləyicisini tapıb

«Real» Ancelottinin əvəzləyicisini tapıb

Madrid «Real»ı «Arsenal»la Londonda baş verən uğursuz matçdan (0:3) sonra baş məşqçisini dəyişmək qərarına gəlib. «Real» rəhbərliyi Leverkuzen «Bayer»inin baş məşqçisi Xabi Alonso ilə danışıqlara başlayıb. Tərəflər ispaniyalı  məşqçini gələn mövsümdən Karlo Ançelottini əvəzləyəcəyi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Alonso Almaniya klubunda 2022-ci ilin oktyabr ayından işləyir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin iyununun sonunda başa çatır.