"Geridönüş? Çətindir, amma…"

"Geridönüş? Çətindir, amma…"

Madrid "Real"ının hücumçusu Kilian Mbappe "Arsenal"la səfərdə 1/4 final matçında 0:3 hesabı ilə uduzduqdan sonra komandasının çıxışından danışıb. «Geridönüş? Çətindir, amma biz çətinliyə asanlaşdıran bir komandayıq. Əlbəttə, bu mümkündür. «Santyaqu Bernabeu»da hər şey əlçatandır», - deyə Madrid Universal Mbappedən sitat gətirib.

Qeyd edək ki, “Topçular” Londonda cərimə zərbələrindən iki dəfə fərqlənən Deklan Rays və Mikel Merinonun vasitəsilə üç cavabsız qola qalib gəliblər. Cavab oyunu aprelin 16-da "Santyaqo Bernabeu"da keçiriləcək.