PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov Çempionlar Liqasının 1/4 finalında «Aston Villa» ilə ilk oyundan sonra tək qalan itinə görə dərhal evə yollanıb. "Mortini evdə tək qoymuşdum. Çox narahat idim. Baxmayaraq ki, matçı ehtiyat oyunçular skamyasında keçirmişəm, sona qədər oturmağa məcbur oldum. Morti mənim çün çox dəyərlidir. Məni görəndə çox sevindi", - deyə Safonov Telegram kanalında paylaşım edib. Qeyd edək ki, görüş 3:1 hesabı ilə parislilərin xeyrinə başa çatıb. Cavab oyunu aprelin 15-də Birmingemdə keçiriləcək.
Rusiyalı qapıçı oyuna görə deyil, itinə görə narahatdır
