Bu gün futbol üzrə UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Günün ilk oyunu Polşada təşkil olunacaq. "Legiya" klubu doğma meydanda “Çelsi”ni qəbul edəcək. “Fiorentina” isə “Sele”nin qonağı olacaq. “Rapid” İsveçdə “Yuroqrdenlə qarşılaşacaq. “Betis” isə doğma meydanda Polşanın “Yagelloniya”sını qəbul edəcək.
UEFA Konfrans Liqası
1/4 final, ilk oyunlar
10 aprel
20:45. “Legiya” (Polşa) - “Çelsi” (İngiltərə)
23:00. “Betis” (İspaniya) - “Yagelloniya” (Polşa)
23:00. “Sele” (Sloveniya) - “Fiorentina” (İtaliya)
23:00. “Yurqorden” (İsveç) - “Rapid” (Avstriya)
Qeyd edək ki, UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılşamaları aprelin 17-də keçiriləcək.