UEFA və FIFA AFFA-ya 12,5 milyon manatdan çox maliyyə vəsaiti ayırıb

UEFA və FIFA AFFA-ya 12,5 milyon manatdan çox maliyyə vəsaiti ayırıb

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafı istiqamətində beynəlxalq dəstək davam edir. UEFA-nın "Hat-Trick" və "Həmrəylik" proqramları çərçivəsində 2023/2024 və 2024/2025 mövsümləri üçün AFFA-ya ümumilikdə 7 milyon 628 min 995 manat maliyyə vəsaiti ayrılıb. Bu məbləğ müxtəlif yaş qrupları üzrə milli komandaların fəaliyyəti, liqaların təşkili, grassroots proqramlarının inkişafı, həmçinin hakimlik, məşqçilik və infrastruktur sahələrində beynəlxalq standartlara uyğunlaşdırma işlərinə yönəlib.

Qeyd olunub ki, vəsaitin 1 milyon 106 min 18 manatı 2023/2024 mövsümünə, 4 milyon 227 min 9 manatı isə 2024/2025 mövsümünə aid olmaqla AFFA-nın hesabına köçürülüb.

Bundan başqa, ötən il FİFA-nın "Forward" proqramı ilə AFFA-nın büdcəsinə 4 milyon 947 min 858 manat vəsait daxil olub. Bu məbləğin 2 milyon 432 min 672 manatı əməliyyat xərcləri üzrə, 2 milyon 515 min 186 manatı FIFA infrastruktur layihələri üçün ödənilib.