Bu gün Misli Premyer Liqasında XXX turun oyunlarına start veriləcək. Turun açılış matçında turnir cədvəlinin lideri “Qarabağ” səfərdə “Səbail”in qonağı olacaq.
Paytaxtdakı “ASCO Arena”da keçiriləcək oyunun start fiti saat 19:00-da səslənəcək. Görüşün baş hakimi Tural Qurbanov olacaq.
Hazırda turnir cədvəlinin zirvəsində qərarlaşan Ağdam təmsilçisi 70 xalla çempionluğa doğru irəliləyir. 20 xalla sonuncu - onuncu pillədə qərarlaşan “Səbail” isə mövsümün sonunda elitada qalmaq uğrunda mübarizəsini davam etdirir.
Qeyd edək ki, XXX turun digər oyunlarına aprelin 13-də yekun vurulacaq.