Türkiyənin "Fənərbağça" klubu "Bavariya"nın əfsanəsi Tomas Mülleri heyətə cəlb etmək istəyir. İstanbul klubu ona 1+1 sövdələşmə təklif edir. Təşəbbüsün müəllifi portuqaliyalı baş məşqçi Joze Mourinyodur. Müller "Fənərbağça"dan ayrılan Duşan Tadiç və Edin Dzekonu əvəz edə bilər.
Qeyd edək ki, bu mövsüm Müller Bundesliqada 24 oyun keçirib və 1 qol vurub. Çempionlar Liqasında isə 3 dəfə fərqlənib.