Kantona  “Mançester Yunayted”dən narazıdır

Kantona  “Mançester Yunayted”dən narazıdır

"Mançester Yunayted”in keçmiş fransalı hücumçusu Erik Kantona klubun yeni rəhbərliyini tənqid edib. O, klubun rəhbərlərini Kantonanın çəkildiyi və payızda ekranlara çıxacaq yeni film layihəsində əməkdaşlıqdan boyun qaçırmasını vurğulayıb. "Oktyabrda filmimi təqdim edəcəyəm. Onlardan kömək istədim, birlikdə işləməyi təklif etdim, lakin onlar maraqlanmadılar", - derbyderbyderby.it fransalı keçmiş hücumçunun sözlərini sitat gətirib. Xatırladaq ki, Erik Kantona 1992-1997-ci illərdə "Mançester Yunayted"də çıxış edib.