Misli Premyer Liqası: “Qarabağ”dan növbəti qələbə 

Misli Premyer Liqası: “Qarabağ”dan növbəti qələbə 

Misli Premyer Liqasında XXX turun oyunlarına start verilib. Turun açılış oyununda “Qarabağ” səfərdə “Səbail”in qonağı olub. Oyun Qurban Qurbanovun komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.  Ağdam təmsilçisinin heyətində Zubir (17-ci dəqiqə) və Andrade (19, 52, 65-ci dəqiqə) fərqlənib. Ev sahiblərinin yeganə qolunu isə 72-ci dəqiqədə David Qomis vurub.

Bu nəticə ilə xallarını 73-ə yüksəldən “Qarabağ” liderliyini möhkəmləndirib. “Səbail” isə 20 xalla sonuncu pillədə qalır. Turun oyunlarına aprelin 13-də yekun vurulacaq.