Libertadores Kubokunda faciə baş verib

Libertadores Kubokunda faciə baş verib

Çilidə keçirilən Libertadores Kuboku matçından əvvəl iki azarkeş həyatını itirib. "Associated Press" xəbər verir ki, hadisə Santyaqodakı (Çili) "Monumental" stadionununda yerli "Kolo Kolo" və Braziliyanın "Fortaleza" klubları arasında baş verib.

Belə ki, matçdan əvvəl bir qrup azarkeş stadiona soxulmaq istəyib və hasarlardan birini yıxıb. Azarkeşlər iki nəfəri hasarın altında qalıb. Qarşılaşma nəzərdə tutulan vaxtda başlayıb, lakin 70-ci dəqiqədə tribunadakı iğtişaşlar, azarkeşlərin meydançaya yad əşyalar atması səbəbindən yarımçıq qalıb.