Klub rəhbərliyi Milli Olimpiya Komitəsinə müraciət edib

Klub rəhbərliyi Milli Olimpiya Komitəsinə müraciət edib

"Lion" futbol klubunun rəhbərliyi komandanın baş məşqçisi Paulo Fonsekaya görə Fransa Milli Olimpiya Komitəsinə müraciət ünvanlayıb. Qeyd edək ki, Fonseka Fransa çempionatının 24-cü turu çərçivəsində “Brest”lə oyununda (2:1) hakimə fiziki təzyiq göstərib. Bununla da o, 9 ay futboldan uzaqlaşdırılıb. Klubun mətbuat xidməti xəbər verir ki, bu məsələ ilə bağlı məhkəmə mayın 6-da keçiriləcək.