Futbol meydanlarının ulduzu Kriştianu Ronaldo özünün film istehsalı şirkətini yaradıb. Artıq bu sahədə ilk addımlarını atan portuqaliyalı futbolçu tanınmış britaniyalı rejissor Metyu Von (Matthew Vaughn) ilə əməkdaşlıq edib.
Məlumata görə, Ronaldo və Vonun birgə işi nəticəsində iki film lentə alınıb. Hər iki ekran əsərinin treyleri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Kriştianu Ronaldo bundan əvvəl də müxtəlif sənədli filmlərin qəhrəmanı olub. Bu isə onun kino sahəsində prodüser kimi ilk ciddi təşəbbüsüdür.