Bakı seminarının iştirakçıları beynəlxalq sertifikatlara layiq görüldülər

Bakı seminarının iştirakçıları beynəlxalq sertifikatlara layiq görüldülər

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının təşkil etdiyi məşqçilər üçün Bakı kurslarının 13 iştirakçısına ikinci dərəcəli kateqoriya verilib.
Milli komandanın məşqçilərindən biri Yasena Kuyumciyeva bir il əvvəl birinci dərəcəli kurslarda göstərdiyi nəticəni təkrarlayıb. Avstriyalı Qabriela Velkov-Yuzek ikinci, ölkə yığmasının baş məşqçisinin köməkçisi Yevgeniya Jidkova isə üçüncü nəticə göstərib.
Fatimə Şəfizadə, Jalə Qaratova, Mədinə Həsənova, Kamilla Məmmədova və Anastasiya Prasolova (hamısı yığmanın bazasında), Elnarə Hüseynova ("Neftçi”), Aleksandra Reyş ("Sərhədçi”), İsmayıllı, Göyçay və "Baku Flames”in bədii gimnastika bölmələrində çalışan Sultanə İbrahimzadə və Telanə Əliyeva (Bakı Gimnastika Məktəbi), həmçinin bolqarıstanlı iştirakçı Yekaterina Dulamova zəruri 65 faizdən yuxarı xal toplayıblar.
Kursların rəhbəri, FIG-in alman eksperti Katya Klyaynvelt seminarla bağlı bunları deyib: "Seminar, əsasən, kiçik təcrübəyə malik mütəxəssislər, məsələn, hazırda məşqçi fəaliyyəti ilə çox sıx məşğul olmağı arzu edən dünənin gimnastları üçün nəzərdə tutulmuşdu. Biz məqsədə nail olduq. Azərbaycanlı məşqçilər son zamanlar öz ixtisaslarını artırıblar.Bir çox hallarda başqa ölkələrin komandalarının birgə məşq toplanışlarını məhz Bakıda keçirmək cəhdini bununla izah etmək olar. Məsələn, bizim seminarımız zamanı başqa xalçalarda Qazaxıstan və Macarıstan gimnastlarının məşğələləri paralel gedirdi və mənim eşitdiyimə görə, hələ Meksikadan da idmançıların Bakıya gəlişi gözlənilir”.