Misli Premyer Liqasında XXX turun oyunları davam edir. Bu gün tur çərçivəsində daha iki qarşılaşma təşkil olunacaq. Günün ilk oyununda “Turan Tovuz” saat 17:00-da “Sabah”ı qəbul edəcək. Hazırda Tovuz təmsilçisi 44 xalla 4-cü, qonaqlar isə 36 xalla 5-ci yerdədir.
İkinci matç Sumqayıtda keçiriləcək. “Sumqayıt” klubu saat 19:15-də “Şamaxı” ilə qarşılaşacaq. Meydan sahibləri 29 xalla 7-ci, bölgə təmsilçisi isə 28 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Səbail”i 4:1 hesabı ilə məğlub edib. Tura aprelin 13-də yekun vurulacaq.
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
