İspaniya La Liqasının 31-ci turu çərçivəsində "Barselona" klubu səfərdə "Leqanes"lə qarşılaşıb. Görüşdə kataloniyalılar minimal hesabla - 1:0 qalib gələrək vacib 3 xal qazanıblar.
Bu qələbə sayəsində Hansı Filikin komandası xallarının sayını 70-ə çatdırıb və turnir cədvəlində liderliyini möhkəmləndirib. Onların ən yaxın izləyicisi "Real Madrid" isə 30 turdan sonra 63 xala malikdir.
Beləliklə, "blauqranalar" Madrid təmsilçisi ilə xal fərqini 7-yə yüksəldiblər. "Real" bu tur oyununu hələ keçirməyib. "Kral klubu" bu tur səfərdə "Alaves"lə qarşılaşacaq.
"Barselona" çempionluğa bir addım da yaxınlaşdı
