Cüdoçularımızdan gimnaziadadan daha üç medal 

Cüdoçularımızdan gimnaziadadan daha üç medal 

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında cüdo yarışları başa çatıb.

Bu gün oğlanlarda 2, qızlarda 1 medal olub. Oğlanlarda 38 kq çə dərəcəsində Fuad Rəhimli Felipi Fransanı (Braziliya), Aleksandar Beqoviçi (Serbiya) və Svyatovslav Nesvyetovu (Ukrayna) məğlub edərək qızıl medal qazanıb.42 kq-da Fərid Rzazadə Le Mayı (Tayvan), Saulu Fereyranı (Braziliya) və Zoreslav Semenenkonu (Ukrayna) üstələyərək çempion olub.

Qızlarda 63 kq çəkidə Türkan Məmmədli Mariya Alekseyenkonu (Ukrayna) məğlub etsə də, yarımfinalda Danitsa Stoyanoviçə (Serbiya) uduzub. O, bürünc medal uğrunda yarışda Uyanqa Nandintsetseqə (Monqolustan) qalib gəlib.

Beləliklə, Azərbaycan cüdoçuları Gimnaziadanı 3 qızıl və 4 bürünc medalla başa vurublar.

Qeyd edək ki, Azərbaycan 2011-2012 təvəllüdlü 18 cüdoçu ilə yarışa qatılmışdı.