"Zirə" səfərdə "Neftçi" qalib gəldi

"Zirə" səfərdə "Neftçi" qalib gəldi

Misli Premyer Liqasının XXX turun oyunlarına yekun vurulub. Turun son matçında “Zirə” səfərdə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edib. "Neftçi Arena"da keçirilən qarşılaşmada qonaqların qollarını Rafael Utziq (43-p, 75-p), Davit Volkov (61) və Ceyhun Nuriyev (77) vurub. Ev sahibi “Neftçi”nin heyətində isə Filip Ozobiç (9) və Edvin Kuç (23) fərqlənib.

Bu nəticədən sonra “Zirə” 58 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Neftçi” isə 35 xalla altıncı sırada yer alır.

Turun daha əvvəlki oyunlarında “Qarabağ” “Səbail”i 4:1, “Turan Tovuz” “Sabah”ı 2:1, “Şamaxı” isə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib. “Kəpəz” və “Araz-Naxçıvan” arasındakı görüş isə qolsuz bərabərliklə başa çatıb.