KONMEBOL prezidenti Alexandro Dominqes bildirib ki, DÇ-2030-da 64 komanda iştirak etməlidir. "Bununla da mümkün qədər çox ölkə iştirak təcrübəsi qazana bilər. Bu böyük yarışın yubileyi möhtəşəm təşkil olunmalıdır. Bu ona görədir ki, bayram bütün planeti əhatə etsin və heç kim kənarda qalmasın", - jurnalist Sezar Luis Merlo sosial şəbəkədə Dominqesdən sitat gətirir.
Xatırladaq ki, İspaniya, Portuqaliya və Mərakeşin ev sahibliyi edəcəyi dünya çempionatının yüz illiyinə həsr olunub. Çempionatın turnirin ilk üç oyunu Cənubi Amerikada - Argentina, Paraqvay və Uruqvayda keçiriləcək.