Rusiya Premyer Liqasında çıxış edən “Orenburq” klubu komandanın formasını kosmosa göndərib. Məlumat klubun “Telegram” kanalında yayılıb.“12 aprel Rusiyada Kosmonavtika Günüdür. Bu gün bir çox klublar sizi yaradıcılığı və düşüncə uçuşu ilə təəccübləndirməyə çalışacaq. Bizdə isə hər şey sadədir. Klubun forması hazırda kosmosdadır. Beynəlxalq Kosmik Stansiyanın komandiri, pilot-kosmonavt, Rusiya Qəhrəmanı Aleksey Ovçinin bizə orbitdən birbaşa fotoreportaj və video göndərib”, - deyə məlumatda deyilir.