“Cenoa”nın baş məşqçisi Patrik Vieyra işini “Roma”da davam etdirə bilər. “Canavarlar”cari mövsüm başa çatdıqdan sonra Klaudio Ranyerinin yerinə məhz onu nazmizəd görürlər. Məumatı “Sky” yayıb. Fransalı məşqçinin Genuya təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Lakin müqavilədə cəmi 500 min avroluq satınalma maddəsi də var.