PSJ Çempionlar Liqasının 1/4 finalında “Aston Villa” ilə cavab oyunu ərəfəsində Birmingemdə xoşagəlməz halla üzləşib. Belə ki, komandanın qaldığı otelin yaxınlığında dayanan klub avtobusunun təkərləri oğurlanıb. Lakin məsələ tezliklə öz həllini tapıb. Komanda «Villa Park» stadionuna başqa avtobusla yollanıb. Qeyd edək ki, cavab görüşündə «Aston Villa» 3:2 hesablı qələbə qazanıb. Lakin Unay Emerini komandası iki oyununu nəticəsinə əsasən mübarizəni dayandırıb.
Azarkeşlər PSJ-nin avtobusunu təkərsiz qoydular
