"Barselona"nın müdafiəçisi Jül Kunde İngiltərə Premyer Liqasından təklif alıb. Sport.es-in verdiyi məlumat görə “Arsenal” klubu bu barədə danışıqlara hazırlaşır. «Topçular» Kunde üçün təxminən 75 milyon avro ayırmağa hazırdır. Fransalı futbolçunun müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Transfer qiyməti 60 milyon avro olan Kunde bu mövsüm 49 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.
«Topçular» "Barselona"ya təklif göndərəcək
