“Mançester Yunayted”in sabiq hücumçusu Ruud van Nistelroyun oğlu Liam van Nistelroy PSV ilə müqavilə imzalayıb.
PSV-nin mətbuat xidmətinin məlumatına görə, klubun heyətində 30 matçda 20 qol vuran 17 yaşlı hücumçu Eyndhoven klubunun formasını 2028-ci ilin ortalarına qədər geyinəcək.
Qed edək ki, Ruud van Nistelroyun özü hazırda "Lester"in baş məşqçisi vəzifəsini icra edir.