Misli Premyer Liqasında 31-ci tura start verilir

Misli Premyer Liqasında 31-ci tura start verilir

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXI turun oyunlarına start veriləcək.

Turun açılış matçında “Araz-Naxçıvan” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşma “Liv Bona Dea Arena”da saat 19:00-da başlayacaq. 

Turnir cədvəlində “Araz-Naxçıvan” 52 xalla 3-cü, “Turan Tovuz” isə 47 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar arasında olan xallar fərqi bu görüşü turnir baxımından da əhəmiyyətli edir.

Qeyd edək ki, XXXI tura aprelin 20-də yekun vurulacaq.