UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Gərgin idman mübarizəsi şəraitində baş tutan qarşılaşmalardan sonra yarımfinala yüksələn komandalar müəyyənləşib.
İngiltərənin “Çelsi” klubu öz meydanında Polşanın “Legiya” komandasına 1:2 hesabı ilə uduzsa da, ilk oyundakı 3:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.
İtaliyanın “Fiorentina”sı “Sele” ilə 2:2 hesablı heç-heçə edib və ümumi nəticəyə görə növbəti mərhələyə yüksəlib – (ilk oyun: 2:1).
“Rapid” (Avstriya) doğma azarkeşləri önündə “Yurqorden”ə (İsveç) 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb (ilk oyun: 1:0).
Polşanın digər təmsilçisi “Yagelloniya” “Betis”lə (İspaniya) 1:1 hesablı heç-heçə edib, lakin ilk oyunda uduzduğu üçün (0:2) turnirlə vidalaşıb.
Yarımfinal mərhələsinin görüşləri mayın 1-də və 8-də keçiriləcək.