UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. İngiltərənin “Mançester Yunayted” klubu doğma meydanda Fransanın “Lion” komandası ilə məhsuldar oyunda 5:4 hesablı qələbə qazanaraq mərhələ adlayıb. Bu komandalar arasında ilk oyunda 2:2 hesabı qeydə alınıb.
“Tottenhem” isə səfərdə Almaniyanın “Ayntraxt” komandasını 1:0 hesabı ilə məğlub edib. İngiltərə təmsilçisi ilk oyundakı 1:1 hesablı nəticə fonunda yarımfinala yüksəlib.
İspaniyanın “Atletik” (Bilbao) klubu isə Şotlandiya “Reyncers”ini 2:0 hesabı ilə üstələyib. İlk oyunda qapılara qol vurulmadığından bu nəticə baskları növbəti mərhələyə daşıyıb.
İtaliyanın “Latsio” klubu isə Norveçin “Budyo Qlimt” komandası üzərində 3:1 hesablı qələbə qazansa da, ümumi nəticədə penalti seriyasında 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Avropa Liqasının yarımfinal matçları mayın 1-də keçiriləcək.