“Azərreyl” və “Abşeron” arasında final həyəcanı başlayır 

“Azərreyl” və “Abşeron” arasında final həyəcanı başlayır 

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında final mərhələsinə start veriləcək. Həlledici qarşılaşmada “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. İlk final oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Görüş saat 15:00-da başlayacaq. 

Çempionun adına isə aprelin 24-də keçiriləcək cavab görüşündən sonra aydınlıq gələcək. Final mərhələsi iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Əgər komandalar hərəyə bir qələbə qazanarsa və xallar da bərabər olarsa, o zaman qalibi “qızıl set” müəyyən edəcək.

Qeyd edək ki, hər iki kollektiv mövsüm ərzində stabil çıxışı ilə seçilib və azarkeşlər final oyunlarında gərgin idman mübarizəsi gözləyirlər.