“Mançester Siti”nin ulduz futbolçusu Bernardo Silva gələcək karyerası ilə bağlı qərarını verib. İspaniya mətbuatının məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi mövsümün sonunda azad agent kimi “Barselona”ya keçmək istədiyini artıq klub rəhbərliyinə bildirib.
Maraqlısı odur ki, 29 yaşlı futbolçu “Barselona”nın maliyyə çətinliklərini nəzərə alaraq, indiki maaşından daha aşağı məbləğə oynamağa razılıq verib. Silva Kataloniya təmsilçisinin illərdir maraq dairəsində olsa da, transferi bir neçə dəfə alınmamışdı.
Bernardo Silva "Barselona" yolunda
