Ançelottinin taleyi "El-Klasiko"dan sonra müəyyənləşəcək 

Ançelottinin taleyi "El-Klasiko"dan sonra müəyyənləşəcək 

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelottinin gələcəyi Kral Kubokunun finalından sonra dəqiqləşəcək. İspan mətbuatının məlumatına görə, əgər “kral klubu” “Barselona” ilə final qarşılaşmasında məğlub olarsa, italiyalı mütəxəssisin vəzifədən uzaqlaşdırılması gündəmə gələ bilər.
Klub rəhbərliyi artıq alternativ variantlar üzərində də düşünür. bele ki, Ançelotti Klublararası Dünya Çempionatından əvvəl komandanı tərk edəcəyi təqdirdə, "Real Madrid" qısa müddətlik rəhbərliyi ya Raul Qonzales, ya da Solariyə həvalə etməyi planlaşdırır.
Daha uzunmüddətli perspektiv üçün isə əsas namizəd kimi “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso göstərilir. 
Ançelottinin adı isə eyni zamanda Braziliya milli komandası ilə hallanır. Bu da onun Madrid karyerasının sonuna yaxınlaşdığına dair ehtimalları artırır.