“Qalatasaray” Torreira ilə müqaviləni uzatdı

“Qalatasaray” Torreira ilə müqaviləni uzatdı

Türkiyənin “Qalatasaray” klubu heyətin aparıcı üzvlərindən biri olan Lukaş Torreira ilə yeni müqavilə imzalayıb.

Yeni müqavilə ilə Torreira daha üç mövsüm “Qalatasaray”ın uğurları üçün çalışacaq. Belə ki, sarı-qırmızılılar 29 yaşlı uruqvaylı futbolçunun 2026-cı ildə bitəcək əvvəlki sözləşməsinin müddətini 2028-ci ilin yayına qədər uzadıb. Klub bu qərarla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi məlumat təqdim edib.

2022/23 mövsümündə “Qalatasaray”a transfer olunan Torreira qısa müddət ərzində komandanın əsas oyunçularından birinə çevrilib. O, indiyədək İstanbul təmsilçisinin heyətində 123 oyuna çıxıb, bu qarşılaşmalarda 4 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.