“Real Madrid” “Laureus” mükafatında ilin klubu seçildi

“Real Madrid” “Laureus” mükafatında ilin klubu seçildi

İspaniyanın “Real Madrid” klubu “Laureus World Sports Awards” mərasimində ilin futbol klubu mükafatıan layiq görülüb. Madrid təmsilçisi 2023-cü ildə qazandığı nailiyyətlərə görə “İlin klubu” nominasiyasında qalib elan olunub.
Qeyd edək ki, “Laureus” mükafatı hər il fərdi və komanda idmanında fərqlənən idmançılar və klublara təqdim edilir. Bu dəfə dünyanın bir çox aparıcı idman təşkilatlarının namizəd göstərdiyi komandalar arasından “Real Madrid” seçilərək, ilin ən yaxşısı elan olunub.

Klubun ötən il həm yerli, həm də beynəlxalq arenada göstərdiyi uğurlu çıxışı, sabit performansı və gənc oyunçuların inkişafına verdiyi töhfə bu seçimin əsas səbəbləri kimi göstərilib.

“Real Madrid” “Laureus” mükafatında ilin klubu seçildi