Benəlxalq federasiya 23 rusiyalı idmançıya şans verib

Benəlxalq federasiya 23 rusiyalı idmançıya şans verib

Beynəlxalq Atçılıq Federasiyası (FEI) 23 rusiyalı idmançıya neytral statusda yarışmaq icazəsi verib. Xəbəri TASS agentliyi yayıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrında FEI Bürosunun iclasında Rusiya idmançılarının, atlarının və heyətinin neytral statusda beynəlxalq yarışlara buraxılması meyarlarının müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin hazırlanması barədə qərar qəbul edilmişdi.