Milan "İnter"i "Marsel"in hücumçusu Luis Enrikenin transferi üçün şifahi razılığa gəlib. Foot Mercato xəbər verir ki, Fransa klubu braziliyalı futbolçu üçün 30-35 milyon avro tələb edib. Qeyd edək ki, Luis Enrikenin Marsel ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.