Cudoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşdi 

Cudoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşdi 

Avropa çempionatında Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu

Aprelin 22-də Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında cüdo üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. 
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.
Qeyd edək ki, turnirdə Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) fərdi yarışlarda təmsil edəcək. Ölkəmiz həmçinin qarışıq komanda yarışında da çıxış edəcək.
Yarış sabah Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. 

Kişilər
-60 kq
1/16 final
Əhməd Yusifov - İzhak Aşpiz (İsrail)
Turan Bayramov - Ceyms Zahra (Malta)

-66 kq
1/16 final
Ruslan Paşayev - Boyan Yotov (Bolqarıstan)

-73 kq
1/16 final
Rəşid Məmmədəliyev - Benjamin Levi (Böyük Britaniya)

-81 kq
1/16 final
Zelim Tçkayev - Orelyen Bonferroni (İsveçrə)
Ömər Rəcəbli - Jon Vrenozi (Albaniya) / Eetu İhanamaki (Finlandiya) cütünün qalibi ilə 

-90 kq
1/16 final
Murad Fətiyev - Aleksandr Sidorik (IJF)

-100 kq
1/8 final
Zelim Kotsoyev - Simeon Georgiadis (Yunanıstan) / Aristos Mixael (Kipr) cütünün qalibi ilə 

+100 kq
1/16 final
Uşanqi Kokauri - Patrik Broneç (Polşa)

Qızlar

-48 kq
1/16 final
Könül Əliyeva - Paulina Şlaxta (Polşa)

-52 kq
1/16 final
Gültac Məmmədəliyeva - Çiara Serra (Almaniya) 

-57 kq
1/16 final
Fidan Əlizadə - Anastasiya Sokiryanska (Latviya)

-70 kq
1/32 final
Günel Həsənli - Anna Oleynik-Korniyenko (Ukrayna)
Südabə Ağayeva - Adelina Novitski (İsrail) 

+78 kq
1/16 final
Nigar Süleymanova - Sofio Somxişvili (Gürcüstan)

Qarışıq komanda
1/8 final
Azərbaycan - İtaliya