Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün keçirilmə tarixi dəyişib. Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti rəsmi açıqlama yayıb.
Əvvəlcədən iyunun 1-nə planlaşdırılan həlledici qarşılaşma, həmin gün Bakıda minifutbol üzrə dünya çempionatının final oyununun təşkil olunması səbəbilə, bir gün öncə – mayın 31-də baş tutacaq.
Final qarşılaşması əvvəlki qərara uyğun olaraq Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda oynanılacaq. Görüş saat 19:00-da başlayacaq.