İspaniya La Liqasında 33-cü turun oyunları davam edir. Bu gün çempionluq uğrunda mübarizə aparan "Barselona" klubu doğma meydanda "Malyorka"nı qəbul edib. "Estadi Olimpic Luis Companys" stadionunda keçirilən görüşdə kataloniyalılar minimal hesabla qalib gəliblər -1:0.
Oyunda vurulan yeganə qolun müəllifi Dani Olmo olub. İspaniyalı futbolçu matçın 46-cı dəqiqəsində Erik Qarsianın ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Hans Flikin komandası bu qələbə sayəsində La Liqada turnir cədvəlində mövqeyini möhkəmləndirərək çempionluq uğrunda mübarizədə iddiasını davam etdirir. Aktivində 76 xalı olan Kataloniya təmsilçisi hazırda bir oyun az keçirən Madrid "Real"ını 7 xal qabaqlayır. kinci pillədə qərarlaşan "Kral klubu" bu gün səfərdə "Xetafe" ilə qarşılaşacaq.
"Barselona" minimal hesablı qələbə ilə liderliyini davam etdirir
