"Barselona"nın 4 futbolçusu bu yay Səudiyyə Ərəbistanına keçə bilər. Sport.es-in məlumatına görə, Kataloniya komandasının bu mövsüm göstərdiyi nəticələr Səudiyyə Ərəbistanı klublarının diqqətini çəkib.
Belə ki, Kristianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubu müdafiə xəttini Ronald Arauxo və Jül Kunde ilə gücləndirmək istəyir. “Əl-Hilal” braziliyalı Rafinya, “Əl-İttihad” isə mərkəz yarımmüdafiəçisi Frenkie de Yonq üçün hərəkətə keçib.
Xatırladaq ki, "Barselona" İspaniya kubokunun finalına, Çempionlar Liqasının yarımfinalına yüksəlib və La Liqada liderdir.