FİFA Madrid "Real"ının braziliyalı vingeri Vinisius Junioru 2 il müddətinə diskvalifikasiya edə bilər. "Tuttosport"un məlumatına görə, səbəb dünya futbolunun əsas təşkilatının etik kodeksinin pozulmasından gedir. "Tiberis Holding do Brasil" şirkəti FİFA Etika Komitəsinin İstintaq Palatasına bu barədə şikayət edib. Şirkət hesab edir ki, futbolçu atası və agenti ilə birlikdə nəzarət etdikləri "ALL Agenciamento Esportivo» təşkilatı vasitəsilə peşəkar klubların səhmlərini alır. Bu isə sonradan böyük fəsadlar törədə bilər. İddia edilir ki, Vinisius artıq dolayısı ilə Braziliya və Portuqaliya klublarının səhmlərinə sahibdir. Növbədə adı açıqlanmayan İspaniya klubu var.
Əgər FİFA futbolçunun həqiqətən də günahkar olduğunu isbat etsə, Vinisius diskvalifikasiya olunacaq. Eyni zamanda sahibi olduğu səhmləri məcbur satmalı olacaq.