Yeddiqat Olimpiya çempionu: “Məni tribunada görsəniz, məyus olmayın”

 Yeddiqat Olimpiya çempionu: “Məni tribunada görsəniz, məyus olmayın”

Bədii gimnastika üzrə yeddiqat Olimpiya, iyirmi üçqat dünya çempionu amerikalı Simone Baylz Los Anceles-2028-də iştirakı ilə bağlı açıqlama verib. "Çoxları hesab edir ki, olimpiadaya hazırlaşmaq üçün bir il kifayət edir. Qətiyyən bunu qəbul etmirəm. Oyunlara qədər dörd il dayanmaq olmaz. Əlbəttə, mən öz vətənimdə olacağam. Yekun qərar verə bilmərəm. Məni ya mübarizə meydanında, ya da tribunada görə bilərsiniz. Məni tribunada görsəniz, məyus olmayın”, - deyə “LEquipe” S.Baylzdan sitat gətirib.

Məlumat üçün bildirək ki, 2024-cü il Paris Olimpiadasında Simona komanda və fərdi çoxnövçülükdə, həmçinin dayaqla tullanmada çempion olmaqla üç qızıl medal qazanıb. Los-Ancelesdəki Olimpiya Oyunları 2028-ci il iyulun 14-dən 30-dək keçiriləcək. 28 yaşlı Baylz üçün 2028-ci il Olimpiya Oyunları onun karyerasında dördüncü ola bilər.