Abramoviç dörd ildən sonra ilk dəfə müsahibə verib

Abramoviç dörd ildən sonra ilk dəfə müsahibə verib

Londonun “Çelsi” klubunun keçmiş sahibi Roman Abramoviç dörd ildən sonra BBC telekanalına ilk müsahibəsini verib. O, müsahibəsində bu yay işıq üz görəcək yeni kitabda klubun satışından bəhs etdiyini vurğulayıb. Kitabda Böyük Britaniya hökumətinin sanksiyaları altında qalan 58 yaşlı rusiyalı iş adamı Roman Abramoviç 2022-ci ildə “Çelsi”yə ABŞ konsorsiumu Todd Boehli və “Clearlake Capital”a 2,5 milyard funt-sterlinq dəyərində satışı ilə bağlı iki hissəli müsahibə yer alıb. Müsahibələr yanvar ayında Əbu-Dabi və ötən il İstanbul şəhərində götürülüb. Sonucu dəfə Abramoviç 2021-ci ilin martında “Forbes” jurnalı ilə həmsöbət olmuşdu.

Məlumat üçün bildirək ki, “The Inside Story of the Sale of Chelsea Football Club” adlı kitab Nik Purewal tərəfindən qələmə alınıb.