Tanınmış futbol mütəxəssisi Joze Mourinyo Portuqaliya millisinin baş məşqçisi postuna namizəddir.
"Olimpnews.az" xəbər verir ki, yerli mənbələrin məlumatına görə, 2026 dünya çempionatına hazırlıq çərçivəsində Mourinyo ilə danışıqlar aparılır. Tərəflər arasında razılıq əldə olunarsa, təcrübəli mütəxəssis millini dünya arenasına çıxara bilər.
Qeyd edək ki, Joze Mourinyo hazırda Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi vəzifəsində çalışır. O, 2024-cü ilin iyun ayında Roma klubundan ayrıldıqdan sonra Türkiyə təmsilçisi ilə iki illik müqavilə imzalayıb .