"Qarabağ" Azərbaycan Kubokunda finala yüksəlib

"Qarabağ" Azərbaycan Kubokunda finala yüksəlib

Azərbaycan Kubokunun ilk finalçısının adına aydınlıq gəlib. Bu, yarımfinalda "Araz-Naxçıvan"ı məğlub edən "Qarabağ" klubudur. Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab qarşılaşmasında 3:0 hesabı ilə qələbə qazanıb.
"Qarabağ"ın qollarını Yassin Benzia (65-ci dəqiqə), Nəriman Axundzadə (70-ci dəqiqə) və Toral Bayramov (77-ci dəqiqə, penalti) vurublar. Qeyd edək ki, komandalar arasında ilk qarşılaşmada "Araz-Naxçıvan" 1:0 hesablı üstünlük əldə etmişdi.
Beləliklə, ümumi hesabda 3:1 üstün olan "köhlən atlar" adını finalçılar sırasına yazdırıb.